Vətən müharibəsi şəhidi Murad Kəlbiyevin anası Rübabə Kəlbiyevaya qarşı dələduzluq əməli törədilib.
Belə ki, Bakı şəhər sakini İlham Abdullayev şəhid anasını aldadaraq 11 min manatını ələ keçirməkdə ittiham edilir.
O, R.Kəlbiyevaya vəd verib ki, oğlu Muradın adını yaşadıqları Qusar rayon Cibir kənd orta məktəbinə verdirəcək. Toyuqlu pizza
Mövzu ilə bağlı Yenisabah.az-a danışan mərhum Xalq artisti Yaşar Nurinin həyat yoldaşı Rəhimə Nuriyeva bu cür dələduzları “alaq otu” adlandırıb:
“Bu elə bir mövzudur ki, insan dəhşətə gəlir. Şəhid adı gələndə adam vəlvələyə gəlir, bütün sözlər dayanır. Şəhid olan uşaqlar da, onların anaları da mələk kimidi insanlardır. Vətən yolunda canlarından keçən uşaqlar hamısı zirvədir. Gərək bu zirvənin üstündə əsəsən, ondan geriyə qalanları qoruyasan. Bu cür dələduzluq edənlər insan deyillər! Mənə elə gəlir ki, onlar cəmiyyətin alaq otlarıdır. Belə vəziyyətdə o insanlara bu hərəkəti necə etmək olar? O insanlar bu əməlindən sonra hələ də yaşayır? Düzdür, adi insanlara da dələduzluq etmək olmaz, amma şəhid ailələrinə qarşı bunu etmək ikiqat vicdansızlıqdır. Bilirsiniz, gərək insanlar özü də bir az ayıq olsunlar”.
Əsmətxanım RZAZADƏ
Telegram kanalımız