Şəhid ailəsi rektorun dəvəti ilə Türkiyəyə getdi

saytların hazırlanması

Evə çatdırılma

Şəhid ailəsi rektorun dəvəti ilə Türkiyəyə getdi

Maraqlı

12 Sentyabr 2022 17:21 847


“Qardaş ailə” layihəsi çərçivəsində Vətən müharibəsi şəhidi mayor İlkin Əhədzadənin ailə üzvləri bu gün Heydər Əliyev adına Bakı Beynəlxalq Hava Limanından Türkiyəyə yola salınıblar. 

Bu barədə "Yeni Sabah"a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən (ƏƏSMN)məlumat verilib.

Bildirilib ki, layihəni ƏƏSMN-nin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu və Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri Birliyi ortaq həyata keçirir. Marqarita pizza

Türkiyənin Sivas Cümhuriyyət Universitetinin rektoru Alim Yıldızın dəvəti ilə baş tutan səfər çərçivəsində şəhidin ailə üzvləri 4 gün ərzində Sivas və ətraf şəhərlərin görməli yerləri, tarixi abidələri ilə tanış olacaqlar.

Səfər zamanı bir sıra rəsmilərin şəhid ailəsi ilə görüşləri də nəzərdə tutulub. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!