Şəhid anasını öldürüb   - Cəzasının azaldımasını istəyir

saytların hazırlanması

Evə çatdırılma

Şəhid anasını öldürüb - Cəzasının azaldımasını istəyir

Kriminal

26 Mart 2020 16:32 998


Şəhid anasını öldürən məcburi köçkün cəzasının azaldılması üçün Ali Məhkəməyə müraciət edib. 

“Yenisabah”ın məlumatına görə, Cinayət Məcəlləsinin 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) maddəsi ilə həbs edilən İsmayılov Aqil Nizami oğlunun məhkəmə prosesinə hakim Hafiz Nəsibov sədrlik edəcək. 

Belə ki, 2016-cı il mart ayının 14-də Yevlax rayonunda məcburi köçkünlərin məskunlaşdığı 32-ci məhəllə adlanan ərazidə 86 yaşlı qadını öldürən şəxs saxlanılıb. Məlum olub ki, Kəlbəcər rayonundan məcburi köçkün Maral Nəsibovanı öz həmyerlisi Aqil İsmayılov qətlə yetirib. Hadisəni əvvəlcədən planlaşdıran Aqil İsmayılov tənha qadının qapısını döyüb. Qadın qapını açdıqdan sonra içəri daxil olaraq ondan pul tələb edib. Maral Nəsibova pulu olmadığını bildirdikdə isə Aqil İsmayılov onun sifət və baş nahiyəsinə zərbələr endirib. Daha sonra mərhumu öz yaylığı ilə boğaraq qətlə yetirib.  Dominos pizza

Xatırladaq ki, hazırda cəzasının azaldılmasını istəyən Aqil İsmayılov məhkmə zamanı "elədiyim hərəkətə görə çox peşmanam, özümü bağışlamıram. 2 balamı da bədbəxt elədim, o arvadı da. Özü də şəhid ailəsi idi. Hökümətdən ömürlük həbs istəyirəm ki, çölə çıxa bilməyim" - demişdi.

Azər İsrafilov

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!