Şəhid atası koronavirusdan öldü

saytların hazırlanması

Evə çatdırılma

Şəhid atası koronavirusdan öldü

Hadisə

19 Dekabr 2021 16:11 910


Vətən müharibəsi şəhidi, baş leytenant Hikmət Səfərovun atası İldırım Səfərov vəfat edib.

Yenisabah.az xəbər verir ki, şəhid atası oğlunun il mərasimindən bir gün sonra, dekabrın 9-da koronavirusa yoluxub və onun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, İldırım Səfərov vaxtilə Ağdam rayon Yusifcanlı kənd məktəbinin direktoru olub. pizza

Əlavə edək ki, İldırım Səfərovun oğlu ötən ilin dekabrın 8-də şəhidlik zirvəsinə ucalıb. Suqovuşan uğrunda gedən döyüşlərdə ağır yaralanan baş leytenant uzun müddət komada qalmışdı. Ötən ilin dekabrın 8-də isə komadan ayılmayaraq şəhadətə qovuşmuşdu.

Şəhidlik zirvəsinə yüksələn zabit Səfərov İkinci Fəxri Xiyabanda dəfn edilib. /Qafqazinfo


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!