Şəhid atası vəfat etdi

saytların hazırlanması

Evə çatdırılma

Şəhid atası vəfat etdi

Hadisə

28 İyun 2024 01:09 799


Vətən müharibəsi şəhidi Fariz Hüseynlinin atası Dadaş Hüseynov 62 yaşında vəfat edib.

Yenisabah.az Oxu.az-a istinadən xəbər verir ki, şəhid atası uzunsürən xəstəlikdən dünyasını dəyişib.

Mərhum oğlunun dəfn edildiyi Əsgərabad kənd qəbiristanlığında torpağa tapşırılıb. Marqarita pizza

Qeyd edək ki, Vətən müharibəsi şəhidi, əsgər Fariz Hüseynli 1994-cü ildə Biləsuvar rayonunun Əsgərabad kəndində anadan olub.

O, Tərtərin Talış kəndi, Laçın və Füzuli rayonları istiqamətində döyüşüb. Ölümündən sonra "Vətən uğrunda", "Laçının azad olunmasına görə" medalları ilə təltif olunub.

Ailəli olub. Vətənə yadigar iki övladı var.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!