Martın 4-də xidməti vəzifələrini yerinə yetirərkən ermənilər tərəfindən basdırılmış minaya düşərək həlak olan Azərbaycan Ordusunun hərbi qulluqçusu Hüseynov Kamran Namiz oğlu dəfn olunub.
Yenisabah.az “Report”a istinadən məlumat verir ki, şəhid baş leytenantın cənazəsi Neftçala şəhər qəbiristanlığında Şəhidlər xiyabanında torpağa tapşırılıb.
Qeyd edək ki, K.Hüseynov Neftçala şəhərində anadan olub. O, subay idi. pizza sifarişi
Allah rəhmət eləsin!
Telegram kanalımız