Ötən gün Xankəndi-Xəlfəli-Turşsu torpaq yolunda qeyri-qanuni erməni birləşmələrinin törətdikləri təxribat nəticəsində şəhid olan hərbi qulluqçumuz Hüseynov Eşqin Cəmil oğlu ilə Tovuz rayonunda vida mərasimi keçirilir.
Yenisabahn.az xəbər verir ki, şəhidimiz 2003-cü il təvəllüdlü Eşqin Hüseynovun nəşi doğulduğu Hunanılar kəndinə gətirilib.
Vida mərasimi şəhidin yaşadığı evdə keçirilir. Mərasimdə şəhidin yaxınları, hərbçilər, rayon İcra Hakimiyyətinin rəhbərliyi iştirak edir. Dördpendirli pizza
Mərasimdən sonra şəhid Eşqin Hüseynov kənd qəbiristanlığında dəfn ediləcək.
Qeyd edək ki, martın 5-də səhər saatlarında qeyri-qanuni erməni birləşmələrinin törətdikləri təxribat nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları Əlibəyli Şəhriyar Ramiz oğlu və Hüseynov Eşqin Cəmil oğlu şəhid olublar.
Telegram kanalımız