Şəhid general Polad Həşimov haqqında kitab nəşr olunacaq - Foto

saytların hazırlanması

Evə çatdırılma

Şəhid general Polad Həşimov haqqında kitab nəşr olunacaq - Foto

Sosial

17 İyul 2020 11:15 5141


General-mayor Polad Həşimov haqqında kitab nəşr olunacaq. 

Yenisabah.az bildirir ki, bu barədə “Hədəf Nəşrləri”nin direktoru Səbuhi Şahmursoy məlumat verib. 

Onun sözlərinə görə, kitab “Xatirə ədəbiyyatı” silsiləsindən nəşr olunacaq: pizza sifarişi

"Polad Həşimov haqqında xatirələrdən ibarət bir kitab nəşr etmək istəyirik. Amma əlimizdə yetərincə yazı yoxdur. Odur ki, mərhum generalımızı şəxsən tanıyanlardan, dostlarından, qohumlarından və ailə üzvlərindən xatirə yazıları gözləyirik. Ümid edirik ki, tezliklə bu cəsur hərbçimiz haqqında maraqlı və sanballı yazılar toplanacaq və biz “General Polad Həşimov haqqında xatirələr” kitabını ictimaiyyətə təqdim edə biləcəyik”.

S.Şahmursoy kitab üçün lazım olan yazıları hedefnesrleri@gmail.com ünvanına göndərmək lazım olduğunu vurğulayıb.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!