Şəhid Muxtar Bayram oğlu Məmmədovun nəşi Naxçıvana gətirilib

saytların hazırlanması

Evə çatdırılma

Şəhid Muxtar Bayram oğlu Məmmədovun nəşi Naxçıvana gətirilib

Sosial

16 May 2025 08:44 390


I Qarabağ müharibəsində itkin düşən, şəhid Muxtar Bayram oğlu Məmmədovun nəşi Naxçıvana gətirilib.

APA-nın Naxçıvan bürosu xəbər verir ki, Naxçıvan Beynəlxalq Hava Limanında üçrəngli bayrağa bükülmüş şəhidin tabutunu ailə üzvləri, yaxınları, dövlət və hökumət nümayəndələri qarşılayıb.

Yayılım atəşi açılıb, Qurani-Kərimdən ayələr oxunub, şəhidin cənazəsinin önündən keçilib. Toyuqlu pizza

Qeyd edək ki, şəhidlə vida mərasimi onun doğulduğu Sədərək rayonu Dəmirçi kəndində keçiriləcək.

Muxtar Bayram oğlu Məmmədov Dəmirçi kəndində doğulub və o, könüllü olaraq I Qarabağ uğrunda gedən döyüşlərdə iştirak edib.

26 yanvar 1994-cü ildə erməni işğalçılarına qarşı gedən döyüşlərdə Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndi ərazisində itkin düşüb.

 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!