Şəhid olduğu deyilən əsgər sağdır - Foto

saytların hazırlanması

Evə çatdırılma

Şəhid olduğu deyilən əsgər sağdır - Foto

Hadisə

04 Aprel 2021 15:56 1360


Sosial şəbəkələrdə, Vətən müharibəsində şəhid olduğu bildirilən Quliyev Elvin sağ-salamatdır.

Yenisabah.az xəbər verir ki, bu barədə Dominant.az-a Vətən müharibəsi iştirakçısı, ehtiyatda olan leytenant Rəsul İbrahimli məlumat verib.

R.İbrahimli şəhid olduğu deyilən əsgərin adının Elvin yox, Ülvi olduğunu da bildirib. Qeyd edib ki, əsgər Quliyev Ülvi hazırda Şuşada hərbi xidmətini davam etdirir. pizza

Rəsul İbrahimli vurğulayıb ki, sosial şəbəkələrdə, o cümlədən onlayn mediada bu tipli yanlış, dəqiqləşdirilməmiş məlumatların yayılması qəbuledilməzdir: “Belə yalan məlumatı yayan şəxslər özlərini həmin əsgərlərin valideynlərinin yerinə qoysalar, necə böyük günah işlədiklərinin fərqinə vara bilərlər bəlkə. Əsgər və zabitlərimiz barəsində yalan məlumat yayanlarla bağlı aidiyyəti qurumlar ölçü götürsələr, belə xəbərlərin qarşısı alınar”.

Əsgər Ülvi Quliyevin yeni fotosunu da təqdim edirik:


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!