Şəhid polkovnikin oğlunun Mübariz İbrahimov haqda şeiri maraqla qarşılandı   - Video

saytların hazırlanması

Evə çatdırılma

Şəhid polkovnikin oğlunun Mübariz İbrahimov haqda şeiri maraqla qarşılandı - Video

Maraqlı

07 Fevral 2022 17:14 1855


2016-cı il Şanlı aprel döyüşləri zamanı şəhid olan polkovnik Vüqar Yusifovun oğlu Yusif Yusifzadənin səsləndirdiyi şeir maraqla qarşılanıb. 

Yenisabah.az xəbər verir ki, o, Milli Qəhrəman Mübariz İbrahimovun doğum günü münasibətilə bu şeiri səsləndirib. 

Şeirin mətni belədir: Dominos pizza

Böyük vətən eşqi var, 

İgid, ərən, qəhrəman. 

Mübarizlər könlündə,

Bir an belə dönməyən,

Bu sevgidən ömründə.

Yəqin bil ki, Elnur da, 

Polad, Vüqar, Raquf da,

Möhür vurdu, iz qoydu, 

Vətən eşqi yolunda...”.

Qeyd edək ki, Vüqar Nurəddin oğlu Yusifov 2 noyabr 1976-cı ildə Şəmkrin Şiştəpə kəndində anadan olub. Silahlı Qüvvələrimizin polkovniki 2016-cı il Şanlı aprel döyüşləri zamanı qəhrəmancasına şəhid olub. Şəhidimiz doğulduğu kənddə böyük izdihamla dəfn edilib. Ölümündən sonra ölkə başçısı tərəfindən “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib. Şəhid zabitimizin Ayan, Aytən və Yusif adlı övladları yadigar qalıb./Moderator.az  


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!