Şəhid qızı dəhşətli qəzaya düşdü

saytların hazırlanması

Evə çatdırılma

Şəhid qızı dəhşətli qəzaya düşdü

Hadisə

15 İyun 2024 20:22 878


Lənkəranda avtomobil kanala aşıb, üç nəfər xəsarət alıb.

Hadisə Ələt-Astara-İran magistralının Lənkəran rayonunun Səpnəkəran kənd ərazisində olub.

Belə ki, Astara rayonunun Maşxan kənd sakini 1997-ci il təvəllüdlü Azərim Azərili idarə etdiyi "Nissan" markalı minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirərək yol kənarındakı su kanalına aşıb. pizza hut

Qəzada avtomobildə olan dörd nəfərdən üçü - sürücü və Astara rayon sakinləri 1995-ci il təvəllüdlü Sevinc Mustafayeva, 1999-cu il təvəllüdlü Möhsüm Quliyev müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Qeyd edək ki, qəzaya uğrayan maşının sürücüsü A.Azərili Birinci Qarabağ müharibəsi şəhidi Azər Əsədullayevin qızıdır.

Faktla bağlı araşdırma aparılır.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!