Şəhid zabitin telefonundakı son qeyd -   Foto

saytların hazırlanması

Evə çatdırılma

Şəhid zabitin telefonundakı son qeyd - Foto

Hadisə

26 Oktyabr 2020 12:40 1921


Azərbaycanın bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olan Azərbaycan Ordusunun mayoru Aqşin İbadovun mobil telefonundakı son qeydi üzə çıxıb.

Yenisabah.az xəbər verir ki, şəhid mayorun qeydi sosial şəbəkələrdə paylaşılıb. Aqşin İbadovun telefonun yaddaşına yazdıqlarını təqdim edirik:

“Narahatlıq. Hər şey o qədər mükəmməldir ki, bu məni çox narahat edir. İçimdəki səs bu qədər mükəmməlik və xoşbəxtliyin davamında bir şeylər olacağını deyir. Susdurmaq istəsəm də bu səsi susmur. Hər şey, Hərbi Akademiya, evlilik təklifi, Türkiyə, nişan, nikah, qız toyu, öz toyum, təkrar Türkiyə, bir-birini əvəz edən xoşbəxt günlər, qızımızın dünyaya gəlməsi. Allahım, sənə şükürlər olsun! Bu qədər gözəlliyin davamında şəhadətə sevinc və könül rahatlığı ilə addımlamağa hazıram. Çünki övladımı əxlaqlı, imanlı, vicdanlı və vətənpərvər ruhda böyüdəcək və şəhadətimin qisasını alması üçün qızımı sağlam ruhda tərbiyə edəcək sevdiyim qadın, həyat yoldaşım, can dostum var. Məsi, səni sevirəm əzizim! Allaha əmanət ol!!” Marqarita pizza

Xatırladaq ki, Aqqşin İbadov Lənkəranın Boladi kəndində anadan olmuşdu. Peşəkar hərbçi idi.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!