Şəhidin yeganə övladı ürək çatışmazlığından vəfat etdi   - Foto

saytların hazırlanması

Evə çatdırılma

Şəhidin yeganə övladı ürək çatışmazlığından vəfat etdi - Foto

Maraqlı

26 Fevral 2023 11:17 737


Vətən müharibəsi şəhidi Valeh Əkbərzadənin yeganə övladı dünyasını dəyişib. 

Pravda.az xəbər verir ki, bu barədə məlumatı şəhid mayor Vüsal Vəliyevin qardaşı Elyar İslamoğlu sosial şəbəkə hesabında yazıb. 

O bildirib ki, şəhidin oğlu Murad Əkbərzadə ürək çatışmazlığından vəfat edib.  Dördpendirli pizza

“Ata-bala qovuşdular. Allah rəhmət eləsin”, - E.İslamoğlu bildirib. 

Qeyd edək ki, Valeh Əkbərzadə Vətən müharibəsində göstərdiyi igidlik və qəhrəmanlıqlara görə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib. 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!