Şəhidlər xiyabanının elektron portalı yaradılır.
Bunu “Yeni Sabah”a açıqlamasında Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) sədri Umud Rəhimoğlu deyib.
O bildirib ki, hazırda təşkilatın əlində Şəhdlər xiyabanında dəfn olunan şəhidlərlə bağlı ensklopedik məlumatlar var və hər bir məzarın nömrələnməsinə qədər prosesi icra ediblər: “Lakin layihəni yekunlaşdırmaq üçün resuslar çatmadı. Ona görə də proses hələlik yarımçıq qalıb”. Marqarita pizza
Umud Rəhimoğlu söyləyib ki, portalın təşkili prosesi tezliklə yekunlaşacaq və ziyarətçilərin ixtiyarına veriləcək.
Məlumata görə, elektron portalda şəhidlərin adı, soyadı, doğum və vəfat tarixi, fotoları toplanacaq. Şəhidin adını sistemə daxil etdikdə bütün bu məlumatlar ekranda görünəcək.
Aydan Hacı
Telegram kanalımız