Şəhidlərimiz 1 dəqiqəlik sükutla anılacaq

saytların hazırlanması

Evə çatdırılma

Şəhidlərimiz 1 dəqiqəlik sükutla anılacaq

Maraqlı

27 Sentyabr 2022 09:21 1012


Bu gün Azərbaycan ərazisində Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş bütün şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək.

Yenisabah.az xəbər verir ki, bu məqsədlə Bakı vaxtı ilə saat 12:00-da ölkə ərazisində nəqliyyatın və piyadaların hərəkəti dayandırılacaq. Həmçinin Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəliklərində, Bakıda, digər şəhər və rayonlarda, qəsəbələrdə, kəndlərdə dövlət bayraqları endiriləcək.

Qeyd edək ki, bu gün Ermənistanın Azərbaycana qarşı hərbi təxribatlarının, döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə başladılan Vətən müharibəsində canlarından keçən qəhrəman şəhidlərimizin Anım Günüdür. pizza

Prezident İlham Əliyevin 2 dekabr 2020-ci il Sərəncamına əsasən, Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq hər il sentyabrın 27-i Azərbaycanda Anım Günü kimi qeyd olunur.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!