Sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədilib.
Bildirilib ki, genişmiqyaslı təxribatın qarşısı alınarkən Azərbaycan Ordusundan 42, Dövlət Sərhəd Xidmətindən isə 8 hərbi qulluqçu olmaqla ümumilikdə Silahlı Qüvvələrin 50 hərbi qulluqçusu şəhid olub.
Şəhid olan hərbi qulluqçularımızın ailələri və yaxınları kədər içində olsa da cəmiyyət də şəhidləri dərin hüznlə anır. Bəs görəsən, sıravi vətəndaşlar şəhidlərimiz üçün nələr edə bilər? pizza
Mövzu ilə bağlı Yenisabah.az-a danışan ilahiyyatçı Müşviq Əskərov bildirib ki, şəhidlərimizə ehsan verilməsi düzgün deyil, bunun əvəzinə insanlar bol-bol dua etməli, Quran oxumalıdırlar:
“Quranda şəhidlər ölməz şəklində ayələr var. Təbii ki, Peyğəmbərimizin “şəhidlər mənim ovcumda bəslənən” kimi hədisi şərifi var. İnsanlarımızın şəhidlərimiz üçün bol-bol dua etməsi, Quran oxuması lazımdır. Eyni zamanda ordumuzun, xalqımızın daim birlik olması üçün dualar edilməlidir. Şəhidlərimiz dualarımızla dəfn olunmalıdır. Ehsan məsələsinə gəldikdə isə, bunu düzgün hesab etmirəm. 19-20 yaşlı balalarımız haqq olduğumuz torpağın alınması üçün canlarını fəda ediblər və gözüyaşlı anaların, ataların gözlərinin içinə baxaraq yemək yeyilməsi dinimizə tərs olan, çirkin əməldir və çox acı bir şeydir. Dinimiz də belə buyurur. Mən elə başa düşürəm ki, gözəl şəkildə dualarımızla, namazlarımızla şəhidlərimizi dəfn edib, bol-bol Quran oxumalıyıq”.
Əsmətxanım RZAZADƏ
Telegram kanalımız