Şəhidlik zirvəsinin 20 yaşlı fatehi Cavid Abdullayev - VİDEO

saytların hazırlanması

Evə çatdırılma

Şəhidlik zirvəsinin 20 yaşlı fatehi Cavid Abdullayev - VİDEO

Hadisə

14 Dekabr 2020 10:52 772


Qaxda Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan qəhrəman hərbçimiz, 20 yaşlı Cavid Abdullayev dəfn olunub.

Baku Tv xəbər verir ki, şəhidin üçrəngli bayrağa bükülmüş nəşi doğulduğu Qaşqaçay kəndinə gətirilib.

Dəfn mərasimində şəhidin yaxınları, rayon rəhbərliyi, hüquq-mühafizə orqanlarının əməkdaşları və ictimaiyyət nümayəndələri iştirak ediblər. Daha sonra şəhidin nəşi “Şəhidlər Ölməz, Vətən Bölünməz” şüarları altında kənd qəbiristanlığında torpağa tapşırılıb. pizza mizza

Şəhidin yaxınları onun mərd, qorxmaz biri olduğunu söyləyiblər.

Qeyd edək ki, Cavid Abdullayev 2019-cu ilin aprelində Qax rayonundan hərbi xidmətə çağırılmışdı.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!