Səhiyyə Nazirliyi Tibbi yardımın təşkili şöbəsinin müdiri Gülmirzə Poladovun işdən çıxarılması barədə yayılan məlumatlara münasibət bildirib.
"Yeni Sabah" xəbər verir ki, Nazirliyin Mətbuat Xidmətinin rəhbəri Pərviz Əbubəkirov "Report"a bildirib ki, G.Poladovun işdən azad olunması xəbəri həqiqəti əks etdirmir.
"Bəzi kütləvi informasiya vasitələrində Səhiyyə Nazirliyinin Tibbi yardımın təşkili şöbəsinin müdiri Gülmirzə Poladovun işdən çıxarılması barədə yayılan məlumatlar həqiqətə uyğun deyil", - deyə P.Əbubəkirov bildirib. pizza mizza
Qeyd edək ki, bəzi kütləvi informasiya vasitələrində G.Poladovun Səhiyyə Nazirliyi Tibbi yardımın təşkili şöbəsinin müdiri vəzifəsindən azad olunması ilə bağlı xəbərlər yayılıb.
Telegram kanalımız