Səhiyyə Nazirliyinin vəzifələri artırıldı

saytların hazırlanması

Evə çatdırılma

Səhiyyə Nazirliyinin vəzifələri artırıldı

Siyasət

03 İyun 2020 09:50 1291


“Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi haqqında Əsasnamə”sinə dəyişiklik edilib.

Yenisabah.az  xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev iyunun 2-də fərman imzalayıb.

Fərmana əsasən, Səhiyyə Nazirliyinin vəzifələri artırılıb. pizza hut

Belə ki, sənədə edilən əlavəyə görə, Səhiyyə Nazirliyi Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyindəki tibb müəssisələri istisna olmaqla, digər tibb müəssisələrinin akkreditasiyasını həyata keçirəcək.

Eyni zamanda, Prezident İlham Əliyevin iyunun 2-də imzaladığı fərmanla “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Nizamnaməsi”ndə də dəyişikliklər edilib. Sənədə edilən əlavəyə əsasən, Agentlik TƏBİB-in tabeliyindəki tibb müəssisələrinin akkreditasiyasını həyata keçirəcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!