Mayın 8-də Audiovizual Şurasının iclası keçirilib.
Yenisabah.az xəbər verir ki, iclasda iki məsələyə baxılıb.
İTV-nin müraciəti əsasında Şuşada yerləşən "Turşsu" radio-televiziya yayım stansiyasından "İctimai Radio"nun proqramlarının yayımı üçün 91,3 MHs radiotezliyinin İTV-nin istifadəsinə ayrılması haqqında müvafiq qərar qəbul olunub. pizza
İclasda daha sonra "Səhiyyə TV" televiziya kanalının adının dəyişdirilməsi ilə bağlı "Səhiyyə TV" MMC-nin Audiovizual Şuraya müraciətinə baxılıb. Müzakirədən sonra kanalın adının "Saf TV"-yə dəyişdirilməsi haqqında qərar qəbul edilib.
Telegram kanalımız