“Səhlənkarlığa yol verən bütün vəzifəli şəxslər işdən kənarlaşdırıldı” - İlham Əliyev

saytların hazırlanması

Evə çatdırılma

“Səhlənkarlığa yol verən bütün vəzifəli şəxslər işdən kənarlaşdırıldı” - İlham Əliyev

Siyasət

16 Dekabr 2019 15:36 2068


"Çox vacibdir, bu, bizim strateji obyektimizdir. Keçən ilin yayında baş vermiş qəza əlbəttə ki, bizə çox baha başa gəldi".

"Yeni Sabah" xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin (ASC) prezidenti Baba Rzayevi qəbul etdiyi zaman Mingəçevir Su Elektrik Stansiyasında ötən il baş vermiş yanğınla bağlı danışarkən deyib.

Prezident sözlərinə əlavə edərək bildirib: "Bundan həm bizim vətəndaşlar əziyyət çəkdilər, metroda qalanlar oldu, həm də sənaye müəssisələri ziyan çəkdi. Ona görə qəzanın səbəblərinin araşdırılması üçün komissiya yaradıldı və səhlənkarlığa, pozuntulara yol verən bütün vəzifəli şəxslər işdən kənarlaşdırıldı. Ona görə məhz bizim strateji obyektimiz olan Mingəçevir Elektrik Stansiyasının bərpası və qəzadan özümüzü sığortalamaq məsələləri “Azərenerji”nin yeni rəhbərliyi qarşısında əsas vəzifə kimi dayanmışdır. pizza

Eyni zamanda, 400 meqavat gücündə olan “Şimal-2” stansiyasının məhz Bakıda inşa edilməsi bizim enerji generasiya güclərimizin ölkə ərazisində daha bərabər şəkildə paylanmasına xidmət göstərir".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!