Şəhriyar 1/4 finala qələbə ilə başladı

saytların hazırlanması

Evə çatdırılma

Şəhriyar 1/4 finala qələbə ilə başladı

İdman

28 Aprel 2021 09:14 767


Şahmat üzrə norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun "New In Chess" adlı V mərhələsində 1/4 final mərhələsinə start verilib.

Yenisabah.az xəbər verir ki, Azərbaycan təmsilçisi Şəhriyar Məmmədyarov Alireza Firuzca (FIDE) ilə üz-üzə gəlib.

Təmsilçimiz 1/4 finala qələbə ilə başlayıb. Dördpendirli pizza

Bu raundun ikinci görüşləri bu gün baş tutacaq. Qarşılaşmaların ardından qalib müəyyənləşməsə, tay-brek oynanılacaq.

1/4 finalda qarşılaşacaqlar:

Maqnus Karlsen (Norveç) - Teymur Rəcəbov - 2:2

Şəhriyar Məmmədyarov - Alireza Firuzca (FIDE) - 3:1

Levon Aronyan (Ermənistan) - Uesli So (ABŞ) - 3:1

Le Kuanq Lyem (Vyetnam) - Hikaru Nakamura (ABŞ) - 1,5:2,5

Qeyd edək ki, Şəhriyar Məmmədyarov təsnifat mərhələsini 9,5 xalla 3-cü, Teymur Rəcəbov isə 8,5 xalla 8-ci pillədə başa vuraraq, pley-offa vəsiqə qazanıb. Ümumi mükafat fondu 100 000 ABŞ dolları olan turnirə mayın 2-də yekun vurulacaq. Qalib 30 000 ABŞ dolları qazanacaq. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!