Azərbaycanlı şahmatçı Şəhriyar Məmmədyarov Özbəkistanda keçiriləcək rapid üzrə beynəlxalq turnirdə iştirak edəcək.
Yenisabah.az xəbər verir ki, 38 yaşlı qrossmeyster bu gün sözügedən ölkəyə yollanıb.
Yarışda Məmmədyarovla yanaşı, Aleksandr Qrişuk (Rusiya), Nodirbek Abdusattarov və Rüstəm Kasımjanov (hər ikisi Özbəkistan) kimi tanınmış şahmatçılar iştirak edəcəklər. pizza mizza
Turnirin baş hakimi Azərbaycan Şahmat Federasiyasının birinci vitse-prezidenti Faiq Həsənov olacaq.
Üç gün davam edəcək yarışın mükafat fondu 50 min dollardır.
Telegram kanalımız