Şəhriyar Məmmədyarov gerilədi 

saytların hazırlanması

Evə çatdırılma

Şəhriyar Məmmədyarov gerilədi 

İdman

01 İyun 2019 10:13 1349


Beynəlxalq Şahmat Federasiyası (FİDE) iyun ayı üçün reytinq cədvəlini açıqlayıb. 

"Yeni Sabah" xəbər verir ki, may ayı ilə müqayisədə azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov 3 pillə geriləyib. O, 2774 reytinqlə 8-cidir. Siyahıda digər şahmatçılarımız Teymur Rəcəbov 12-ci (2759), Arkadi Naydiç 58-ci (2681), Qədir Hüseynov (2654) isə 97-ci pillədə yer alıb. 

Qadın şahmatçıların siyahısında Günay Məmmədzadə (2427) 40-cıdır. Ötən ay 92 pillədə olan Xanım Balacayeva isə "100-lüy"ü tərk edib.  Toyuqlu pizza

Qeyd edək ki, kişi şahmatçılar arasında siyahıya Norveç şahmatçısı Maqnus Karlsen (2875) başçılıq edir. Fabiano Karuana (ABŞ, 2819) ikinci, Liren Dinq (Çin, 2805) üçüncüdür.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!