Şəhriyar Məmmədyarov Kasparova qalib gəldi

saytların hazırlanması

Evə çatdırılma

Şəhriyar Məmmədyarov Kasparova qalib gəldi

İdman

09 Sentyabr 2021 11:00 972


Şahmat üzrə “Champions Showdown: Chess 9LX” turnirinə start verilib.

Yenisabah.az xəbər verir ki, 10 şahmatçının yarışdığı turnirdə Azərbaycanı Şəhriyar Məmmədyarov təmsil edir.

Artıq ilk üç turun görüşü keçirilib. Şəhriyar Məmmədyarov I turda Hikaru Nakamuraya (ABŞ) qalib gəlib. O, II turda Maksim Vaşye-Laqrava (Fransa) uduzub. “Şah” III turda keçmiş dünya çempionu Qari Kasparov (Rusiya) üzərində qələbə qazanıb. pizza mizza

Bu nəticədən sonra Məmmədyarov 2 xalla üçüncü sırada qərarlaşıb. İlk sırada 2,5 xalı olan Fabiano Karuanadır (ABŞ).

Qeyd edək ki, bu gün Şəhriyar Məmmədyarov Vesli So (ABŞ), Leynyer Dominqes Peres (ABŞ) və Sem Şənkləndlə (ABŞ) matç keçirəcək. (modern.az) 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!