Şəhriyar Məmmədyarov növbəti oyununu keçirəcək

saytların hazırlanması

Evə çatdırılma

Şəhriyar Məmmədyarov növbəti oyununu keçirəcək

İdman

24 Aprel 2022 11:21 512


Bu gün Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi "Champions Chess Tour" onlayn seriyasının birinci mərhələsində növbəti görüşünü keçirəcək.

Yenisabah.az xəbər verir ki, 37 yaşlı qrossmeyster "Oslo Esports Cup"ın üçüncü turunda kanadalı Erik Hansenlə üz-üzə gələcək.

Məmmədyarov ilk iki turda çinli Le Kuanq Lyeyə qalib gəlib, Hindistan təmsilçisi Rameşbabu Praqnanandhaya isə uduzub. Dominos pizza

"Oslo Esports Cup" da Aniş Giri, Yorden van Forrest (hər ikisi Niderland) və Yan-Kşiştof Duda (Polşa) da iştirak edir.

Turnirin mükafat fondu 210 000 ABŞ dollarıdır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!