Şəhriyar Məmmədyarovdan növbəti qələbə

saytların hazırlanması

Evə çatdırılma

Şəhriyar Məmmədyarovdan növbəti qələbə

İdman

27 Aprel 2022 02:02 613


Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi "Champions Chess Tour" onlayn seriyasının birinci mərhələsində növbəti görüşünü keçirib.

Yenisabah.az xəbər verir ki, 37 yaşlı qrossmeyster "Oslo Esports Cup"ın beşinci turunda niderlandlı Aniş Giri ilə üz-üzə gəlib. Qarşılaşma Məmmədyarovun 3,5:2,5 hesablı qələbəsi ilə başa çatıb.

Məmmədyarov ilk turda çinli Le Kuanq Lyeyə qalib gəlib, ardınca hindistanlı Rameşbabu Praqnanandhaya, kanadalı Erik Hansenə və polşalı Yan-Kşiştof Dudaya uduzub. Toyuqlu pizza

Qeyd edək ki, turnirin mükafat fondu 210 000 ABŞ dollarıdır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!