Şəhriyar Məmmədyarovun turniri yarımçıq qoymağının səbəbi bilindi

saytların hazırlanması

Evə çatdırılma

Şəhriyar Məmmədyarovun turniri yarımçıq qoymağının səbəbi bilindi

İdman

03 Fevral 2020 13:23 1147


Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarovun Cəbəllütariqdə keçirilmiş “Masters” turnirini yarımçıq başa vurmasının səbəbi bəlli olub.

"Yeni Sabah" xəbər verir ki, bu barədə 35 yaşlı qrossmeyster özünün şəxsi "Facebook" hesabında məlumat paylaşıb. 

Məmmədyarov turniri allergik xəstəlik keçirdiyi üçün yarımçıq buraxmaq məcburiyyətində qaldığını bildirib: Dominos pizza

"Yarışın təşkilatçılarına minnətdaram ki, bu günə qədər mənim yanımda oldular. Əsasən də baş təşkilatçı Stuart Conquestə təşəkkürümü bildirirəm. Artıq, Cəbəllütariqi tərk etmək vaxtıdır. Yenidən geri qayıtmaq ümidi ilə".

Qeyd edək ki, Şəhriyar Məmmədyarov 8 turdan sonra yarışdan kənarlaşıb. O, 8 qarşılaşmaya 5 xal toplaya bilib. Yarış 10 tur davam edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!