Şəhriyar Rəhimov dəfn olundu

saytların hazırlanması

Evə çatdırılma

Şəhriyar Rəhimov dəfn olundu

İdman

26 Avqust 2023 15:39 761


Ötən gün dünyasını dəyişən Azərbaycan millisinin sabiq üzvü Şəhriyar Rəhimov dəfn olunub.

“Qafqazinfo” xəbər verir ki, mərhum futbolçu Xırdalan şəhər qəbiristanlığında atası Ağəli Rəhimovun məzarının yanında torpağa tapşırılıb.

Dəfn mərasimində Ş.Rəhimovun ailə üzvləri, yaxınları, keçmiş komanda yoldaşları və futbol ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Pepperoni pizza

Qeyd edək ki, Şəhriyar Rəhimov 34 yaşında onkoloji xəstəlikdən vəfat edib. O, 2018-2019-cu illərdə Azərbaycan millisinin heyətində 9 oyunda meydana çıxıb. Mərhum futbolçu karyerası ərzində “İnter” (indiki “Şamaxı”), “Karvan”, AZAL, “Rəvan”, “Kəpəz”, “Zirə” və “Səbail” klublarının formasını geyinib.

Ş.Rəhimov 2022-ci ilin əvvəlində karyerasını başa vurub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!