İki il öncə boşanan Şəhriyar Əbilov və Oksana Rəsulova uzun müddət sonra eyni tədbirdə yer alıb.
Yenisabah.az olay-a istinadla xəbər verir ki, onlar ötən gün “Səma ilə görüş” filminin qalasında rastlaşıb. Keçmiş cütlük bir-birini görməməzliyə vurub. Onlar salamlaşmamaqla yanaşı, üz-üzə gəlməməyə çalışıblar. Zalda ayrı-ayrı cərgələrdə, bir-birinə uzaq əyləşib. Gecəyə tərəf müqabili Ziya Ağa ilə qatılan Oksana filmi onunla izləyib.
Şəhriyar isə Rəsulovadan aralı məsafədə tək oturub. Dominos pizza
Xatırladaq ki, onların Osman adlı oğlu var.
Telegram kanalımız