“Səhv edənlərin hamısı öz layiqli cəzalarını alacaqlar”   - Əməkdar artist

saytların hazırlanması

Evə çatdırılma

“Səhv edənlərin hamısı öz layiqli cəzalarını alacaqlar” - Əməkdar artist

Şou

26 Avqust 2020 15:44 1212


Xəbər verdiyimiz kimi bir neçə gündür ki, akademik Ramiz Mehdiyevin karantin dövründə nəvəsinə toy etməsi cəmiyyətdə birmənalı qarşılanmayıb. Bu özbaşınalığa görə hər iki tərəfin valideynləri sərt şəkildə cəzalandırılıblar. 

Yenisabah.az-a danışan Əməkdar artist Elza Seyidcahan təkcə məmurların yox, hər kəsin qanunlara riayət etməli olduğunu bildirib:

“Özbaşınalıq heç bir halda qəbul edilən deyil. İstər adi vətəndaş, istər məmur, istərsə də ziyalı olsun qanunu pozan hər adam üçün müəyyən cəzalar var. Buna görə də hər birimizin borcudur ki, qanunlara ciddi riayət edək. Adi insanlar bəzən fikirləşirlər ki, haradasa bəlkə məsuliyyətsizlik edə bilərlər, amma biz dövlətin təmsilçiləriyik, xalqın adından çıxış edənlərik, buna görə daha ciddi olmalıyıq. Bu yaxınlarda cəriməsi olduğuna görə onu cərimə meydançasına aparmışdılar. Baxmayaraq ki, belə çətin bir vaxtdayıq, amma mən son manatına kimi cəriməni ödədim. Mən hər zaman dövlətin qanunlarına diqqətlə yanaşmışam. Ola bilsin kimlərsə qanunları pozublar və ya səhvən bunu ediblər, amma yəqin ki, bir daha belə səhvə yol verməyəcəklər. Həyatda biz sanki bir uşağıq, yıxıla-yıxıla öyrənirik, yaş artdıqca insan öz səhvlərində böyüyür. Mən heç kəsi mühakimə etmək istəmirəm, belə bir söz var, mühakimə etmə ki, mühakimə olunmayasan. Kimlər ki, səhv edib qanun çərçivəsində öz layiqli cəzalarını alacaqlar”. pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!