“Səhvlərimiz var” - Füzuli Məmmədov

saytların hazırlanması

Evə çatdırılma

“Səhvlərimiz var” - Füzuli Məmmədov

İdman

27 Avqust 2020 23:29 877


UEFA Avropa Liqasının I təsnifat mərhələsinin “Neftçi” – “Şkupi” (2:1) oyunundan sonra mətbuat konfransı keçirilib.

Yenisabah.az “Neftçi” klubunun baş məşqçisi Füzuli Məmmədovun mətbuat konfransında səsləndirdiyi fikirləri təqdim edir:

“İlk hissədə oyunumuz tam alınmadı. Bu da rəqibin qapanması ilə bağlı idi. Səhvlərimiz var, bunların üzərində işləyib səhvləri azaltmaq bizim işimizdir. Əks hücumdan oynayacaqlarını bilirdik. Ona görə də ehtiyatlı olmağı tapşırmışdım. Top itkilərimiz həddindən artıq çox idi. Zamanla bu aradan qaldırılacaq. Toyuqlu pizza

Cabir Əmirlinin oynamasına mən qərar vermişdim. Bu o demək deyil ki, gələn oyunda Ömər Buludov oynayacaq. Anton Krivotsyukun oyunundan və Stiven Jozef-Monrozun çıxışından razı qaldım. İlk hissədə Jozef-Monroza az top gəldi deyə, zəif görünə bilər. Əslində belə deyildi”.  /Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!