“Səhvsiz insan yoxdur, sadəcə bir mərdimazarın şantajının qurbanı oldum” - Samir Piriyev

“Səhvsiz insan yoxdur, sadəcə bir mərdimazarın şantajının qurbanı oldum” - Samir Piriyev

Şou Veb saytların hazırlanması

11 Avqust 2020 21:19 2373


“Düzdür, bizi ayırmaq istədilər. Hətta 10 ildə çoxları çalışdı ki, bizi ayırsın. Amma təəssüf, ayrılığımıza sevinənləri üzəcəyik. Biz ayrılmamışıq! İnşallah, bir ömürboyu ayrılmarıq”.

Yenisabah.az xəbər verir ki, bu sözləri son günlər həyat yoldaşı Anaradan boşanması xəbəri ilə gündəmə gələn müğənni Samir Piriyev bildirib. Sənətçi xanımı ilə barışdıqlarını bildirib:

“Səhvsiz insan yoxdur, mən xəyanətin yox, sadəcə bir mərdimazarın şantajının qurbanı oldum. Ümid edirəm ki, o vicdansız məxluq öz cəzasını qanunla alacaq. Mən isə xoşbəxtəm. Ona görə ki, həyatımda Anara kimi yoldaşım, üç gözəl balam və ailəm var”.

Qeyd edək ki, bir müddət əvvəl özünü Samirin sevgilisi kimi təqdim edən qadın ifaçının evinə gedərək xanımı Anaraya hücum edərək xəsarət yetirib. 

Samirin Anara ilə evlilikdən iki, ilk nikahından isə bir övladı var.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!