Səid Xətibzadə: “İranın qırmızı xətləri var“

saytların hazırlanması

Evə çatdırılma

Səid Xətibzadə: “İranın qırmızı xətləri var“

Dünya

30 Sentyabr 2021 17:14 1442


"İranın Əfqanıstanla bağlı qırmızı xətləri var".

Yenisabah.az xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə Fransanın "Le Monde" qəzetinə verdiyi müsahibədə bildirib.

XİN sözçüsü rəsmi Tehranın "Taliban" hakimiyyətinə mövqeyini açıqlayıb: Sezar pizza

"Əhatəli bir hökumət qurub-qurmadığını nəzərə alaraq biz və beynəlxalq birlik qırmızı xətləri çox açıq şəkildə ifadə etməlidir. Ən vacib qırmızı xətlər Əfqanıstanın ekstremizmdən azad olması və İŞİD-in cənnətinə çevrilməməsi, qonşularını və dünyanı, Əfqanıstan və Əfqanıstanın gələcəyini formalaşdıracaq insanların iradəsini təhdid etməməsidir", - deyə XİN rəsmisi açıqlayıb.

Səid Xətibzadə Suriyada İran hərbi bazalarının mövcudluğunu inkar edib:

"Suriyaya rəsmi Dəməşqin dəvəti ilə kömək edirik. Rusiyadan fərqli olaraq, bu dövlətdə hərbi bazamız yoxdur və daimi hərbi mövcudluğa səy göstərmirik. Suriya terrorçuların sığınacağına çevrilib və Suriya hökuməti bizdən yardım istəyib". 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!