Səidə Dadaşova ərinin birinci xanımından DANIŞDI: “Çox yaxınıq” - VİDEO

saytların hazırlanması

Evə çatdırılma

Səidə Dadaşova ərinin birinci xanımından DANIŞDI: “Çox yaxınıq” - VİDEO

Şou

16 May 2024 17:12 1554


“Ərim Məhəmməd, sözün əsl mənasında, həyatımın yoldaşıdır. O, dəlisov insandır. Bu da məndən irəli gəlir. Çünki mən də yerində “dayanan” insan deyiləm (gülür)”.

Yenisabah.az bizim.media-ya istinadla xəbər verir ki, bu sözləri müğənni Səidə Dadaşova qonaq olduğu “Günaylı gün” verilişində deyib.

Sənətçi Məhəmmədin birinci xanımı və uşaqları ilə dost münasibətdə olduğunu bildirib: Toyuqlu pizza

“Efir vasitəsi ilə Aysel xanımı salamlayıram. Aysel xanım Ömərlə, Osmanın anasıdır. Yəni Məhəmmədin birinci xanımıdır. Biz Aysel xanımla o qədər yaxınıq ki, sanki uşaqlıqdan bir böyümüşük. Bəzən bir oğlu bizə gəlir, o biri anasının yanında qalır. Çünki anasına da kömək lazımdır. Bəzən isə ikisi də bizə gəlir.

Tətil zamanı isə ev boş olmur. Oğlum Rafael ilə çox yaxşı münasibətdədirlər. Ömər və Osman Rafaelin hər zaman dərslərinə kömək olurlar. Ömər qayğıkeş, Osman isə dəlisovdur. Rafael isə onların bu xüsusiyyətlərini özündə birləşdirib. Lazım olanda qardaşlar oğlumun yeməyini də bişirirlər. Oğlumu onlara uşaqlıqdan tam etibar edirəm. Rafael hazırda ikinci sinifə gedir”.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!