"Mən şəhərdə qalıram, hələ ki qonşularımı tanımıram. Öz məhəlləmdəki qonşularımla münasibətim çox yaxşıdır. Ən çox kişi qonşularımla yaxşı dolanıram, ünsiyyətimiz, "salam-sağol"umuz var. Mənə bir şey lazım olanda və köməyə ehtiyac yarananda qonşularım yardımlarını əsirgəmirlər. Bir sözlə, qonşularla problemim yoxdur. Mən hamıyla mehribanam".
Yenisabah.az bizim.media-ya istinadla xəbər verir ki, bu sözləri müğənni Səidə Sultan "Rəngarəng səhər" verilişində deyib.
O, ərinin tikdirdiyi 4 mərtəbəli villadan söz açıb: Dördpendirli pizza
"Villaya hələ ki köçməmişəm. Təmir işləri gedir. O villanın tikilməsinə xərclənən pullar haqda məlumatım yoxdur. Villanı həyat yoldaşım tikir. Mən o işlərə də qarışmıram. Bu qadın yox, kişi işidir. Mənim heç bir qatqım yoxdur. Qazancımı isə sənətimə xərcləyirəm".
Səidə bildirib ki, yeni mahnı alıb, klip çəkdirmək üçün ərindən pul alır:
"Onu maddiyyat baxımından sıxışdırmıram. Amma lazım olanda ondan pul alıram. Yeni mahnı alandan və ya klip çəkdirəndə mənə maddi köməklik edir. Lazım olub və mənə 4000-5000 manat pul verib".
Telegram kanalımız