Müğənni Səidə Sultan uzun müddətdir üzərində çalışdığı səs-küylü klipini təqdim edib.
Yenisabah.az xəbər verir ki, müğənni “4 fəsil” adlı yeni mahnısına çəkilən klipini təqdim edib. Klipdə müğənni 4 fərqli obrazda rejissor Nicat Alışovun kamerası önünə keçib.
Tez-tez cəsarətli pozaları ilə diqqət mərkəzində olan Səidə klipdə də ənənəsinə sadiq qalıb. Belə ki, təbiət qoynunda musiqi aləti arxasında çılpaq qadın obrazını yaradan ifaçı səs-küyə səbəb olub. Dördpendirli pizza
Qeyd edək ki, mahnının sözləri və musiqisi JayHuna aiddir.
Sözügedən klipi təqdim edirik:
Telegram kanalımız