Səidə Zauru “ağ yuyub qara sərdi”: “Elə eləmə ki, ağzımı pis açım” - Video

saytların hazırlanması

Evə çatdırılma

Səidə Zauru “ağ yuyub qara sərdi”: “Elə eləmə ki, ağzımı pis açım” - Video

Şou

09 Yanvar 2020 21:31 2195


Müğənni Səidə Sultan qatıldığı canlı efirdə əsəbləşərək, özündən çıxıb.

"Yeni Sabah" xəbər verir ki, sənətçi Xəzər TV-də yayımlanan “5/5” axşam şousunda proqramın aparıcısı Zaur Kamal ilə kəllə-kəlləyə gəlib. Zaurun Səidəyə “Balaca-böyük var, arvad-uşaq var. Otur!” deməsi müğənnini özündən çıxarıb.

“Adə, get adə. Elə sözlər deyərəm ki, çox pis olar. Bu səbəbdən mənim ağzımı açdırma.Qoy rahat oturum”, - deyən Səidə kobud cavab verib. Toyuqlu pizza

Zaur Kamal bu yolla Səidənin efirə geyindiyi paltarın həddən artıq açıq olmasına ehyam vurmuş olub. Səidənin oturduğunu görən Zaur müğənninin ətrafına döşəkləri yığmağa başlayıb. Beləcə, sənətçinin açıq-saçıq libasını döşəklərin köməyi ilə bağlamaq istəyib.

Bunu başa düşən Səidə dərhal yanına düzülən döşəkləri kənara ataraq “Vəssalam. Sən nə istəyirsən axı!? Sənin xalq artistin açıq-saçıq geyinə bilir, səsini heç çıxartmırsan. Elə eləmə ki, ağzımı pis açım. Qaqaş, eləmə. Sakit ol!” deyə Zaura etirazını bildirib.

Verilişin gedişatında isə Zaurun Səidəyə söz atması (red: oxu atıb, yayı gizlətməsi) heç xoşuna gəlməyib. Proqramın rejissoru cəld tərpənərək Səidənin mikrofonunu bağlayıb. Bu anda isə əsəbdən gözlərinə qan dolan müğənni verlişin aparıcısına ağır sözlər deyib.

Səidəni susaraq dinləyən Zaur eşitdiklərindən təəccübünü və heyrətini üz ifadələri ilə açıq-aydın büruzə verib. Beləcə, canlı efirdə ikilinin arasında xoşagəlməyən anlar yaşanıb.  /Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!