“Şəkər xəstələrinə zülm edirlər” -   Şəmkir xəstəxanasında qarşıdurma - VİDEO

saytların hazırlanması

Evə çatdırılma

“Şəkər xəstələrinə zülm edirlər” - Şəmkir xəstəxanasında qarşıdurma - VİDEO

Sosial

23 Oktyabr 2025 14:26 300


Şəkərli diabet xəstələrinə dövlət hesabına verilən dərmanların paylanmasında yaranan problemlər Şəmkir Rayon Mərkəzi Xəstəxanasında izdihama və qarşıdurmaya səbəb olub.

“Yeni Sabah” xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə görüntülər paylaşılıb.

Görüntülərdə şəkərli diabet xəstələrinin uzun növbələrdə saatlarla gözlədiyi, yaşlı insanların əsəblərini cilovlaya bilməyib qışqırdığı, xəstəxana daxilində gərginliyin yaşandığı müşahidə olunur. Dördpendirli pizza

Paylaşımda iddia olunur ki, xəstəxana şəkərli diabet xəstələrinə insulin dərmanlarını vaxtında paylamır. Bir çox xəstə artıq aylarla dərman ala bilmədiyini yazır.

“Mən 2 aydır bu növbənin əlindən insulin ala bilmirəm”, - bir vətəndaş qeyd edib.

Bildirilib ki, xəstəxanada dərman çatışmazlığı və təşkilati pozuntular səbəbindən insanlar hər dəfə eyni mənzərə ilə qarşılaşırlar.

Sözügedən görüntüləri təqdim edirik:

Əsmətxanım


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!