Şəkidə 10-a yaxın maşın toqquşdu

saytların hazırlanması

Evə çatdırılma

Şəkidə 10-a yaxın maşın toqquşdu

Hadisə

19 Fevral 2024 16:14 736


Şəkidə biri mikroavtobus olmaqla 10-a yaxın avtomobilin iştirakı ilə zəncirvarı yol qəzası olub.

Yenisabah.az xəbər verir ki, hadisə səhər saatlarında Şəki-Qax avtomobil yolunun Quxmuq kənd inzibati ərazisindən keçən hissəsində, Quxmuq körpüsünün üstündə baş verib.

Qəza zamanı biri sərnişin daşıyan mikroavtobus olmaqla 10-a yaxın avtomobil toqquşub. Avtomobillərin sürücüləri və sərnişinlərdən xəsarət alan olmayıb. Lakin avtomobillərdən dördünə ciddi ziyan dəyib. Qəzaya səbəb dumanlı hava və körpünün yol örtüyünün buz bağlaması olub. Dominos pizza

Faktla bağlı araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!