Şəkidə 13 yaşlı oğlan itkin düşüb - Foto

saytların hazırlanması

Evə çatdırılma

Şəkidə 13 yaşlı oğlan itkin düşüb - Foto

Hadisə

22 Yanvar 2020 09:40 1675


Şəkidə 13 yaşlı oğlan itkin düşüb.

"Yeni Sabah"a daxil olan məlumata görə, Şəki şəhər sakini, 2007-ci il təvəllüdlü Hüseynəli Hüseynli yanvarın 13-də səhər saatlarında yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

O, evdən çıxarkən əynində qarışıq rəngli gödəkçə, qara şalvar və çəkmə, boz rəngli papaq olub. pizza sifarişi

Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və ya barəsində məlumatı olanlardan DİN-in “102” Zəng Mərkəzi Xidmətinə, həmçinin Şəki Şəhər Rayon Polis Şöbəsinə 024-244-25-50 şəhər, (055) 628-00-84 mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

Qeyd edək ki, yeniyetmə əqli qüsurludur.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!