Şəkinin Orta Zəyzid kəndində 33 yaşlı kişi quyuya düşüb.
Yenisabah.az FHN-ə istinadla xəbər verir ki, 1991-ci il təvəllüdlü Yasin Rəsulov dərinliyi təxminin 3 metr olan, su toplanması üçün nəzərdə tutulmuş quyuya yıxılaraq müxtəlif xəsarətlərlə köməksiz vəziyyətdə qalıb.
Yanğınsöndürən-xilasedicilər xüsusi vasitələrin köməyi ilə vətəndaşı quyudan çıxarıb xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər. pizza
Telegram kanalımız