Şəkidə yol-nəqliyyat hadisəsi zamanı piyada vurulub.
APA-nın məlumatına görə, hadisə axşam saat 20 radələrində Şəki-Oğuz şosesində baş verib.
Şəki şəhər sakini, 1982-ci il təvəllüdlü Murad Oktay oğlu Məmmədovu VAZ 21099 markalı minik avtomobili vurub. Dördpendirli pizza
Hadisə zamanı müxtəlif dərəcəli xəsarətlər alan M. Məmmədov Şəki Rayon Mərkəzi Xəstəxanasına (RMX) yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Telegram kanalımız