Şəkidə 59 yaşlı qadının meyiti mənzildə aşkar edildi

saytların hazırlanması

Evə çatdırılma

Şəkidə 59 yaşlı qadının meyiti mənzildə aşkar edildi

Hadisə

31 Mart 2023 01:55 872


Şəkidə mənzildə meyit aşkar edilib.

Yenisabah.az xəbər verir ki, martın 30-u saat 23 radələrində Şəki şəhəri, Şərbablar küçəsi, bina 19, mənzil 33-də bağlı qapı arxasında adam qalması barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Şəki Rayon Dövlət Yanğından Mühafizə Hissəsinə müraciət daxil olub.

Hadisə yerinə cəlb edilmiş xilasedicilər qapını açaraq içəri daxil olduqda ev sahibəsi 59 yaşlı Bahar Yusif qızı Qədirovanı ölmüş halda aşkar ediblər. Dominos pizza

B. Qədirovanın meyiti aidiyyəti üzrə hadisə yerinə cəlb edilmiş hüquq-mühafizə əməkdaşlarına təhvil verilib.

Faktla bağlı araşdırma aparılır./APA


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!