Şəkidə 800 manatlıq viski oğurlayan şəxs saxlanıldı - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Şəkidə 800 manatlıq viski oğurlayan şəxs saxlanıldı - Fotolar

Kriminal

21 Avqust 2021 15:21 1262


Şəki Şəhər Rayon Polis Şöbəsinə şəhər ərazisində yerləşən böyük marketlərin birindən 815 manat dəyərində spirtli içkilərin oğurlanması barədə müraciət daxil olub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Yenisabah.az-a verilən məlumata görə, daxil olmuş müraciət əsasında keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində cinayət əməlini törətməkdə şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Hüseynbala Əhmədov saxlanılıb.

Araşdırma zamanı onun müştəri qismində bir neçə dəfə mağazaya daxil olduğu və bahalı spirtli içkiləri geyimində gizlədərək oradan uzaqlaşdığı məlum olub. H.Əhmədov ifadəsində əməlini etiraf edib və viskiləri oğurladıqdan sonra içdiyini bildirib. Dördpendirli pizza

Oğurluq anı obyektin müşahidə kameraları vasitəsilə də görüntülənib.

Faktla bağlı cinayət işi başlanılıb, əməliyyat-istintaq tədbirləri davam etdirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!