Şəkidə avtomobil çaya düşdü, sürücü xəsarət aldı - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Şəkidə avtomobil çaya düşdü, sürücü xəsarət aldı - Fotolar

Hadisə

25 Aprel 2021 00:25 670


Şəki şəhərində yol-nəqliyyat hadisəsi baş verib.

Yenisabah.az xəbər verir ki, hadisə axşam saatlarında şəhər ərazisində qeydə alınıb.

Şəki sakini, 1982-ci il təvəllüdlü Əfqan Nəsirov idarə etdiyi “VAZ-2106” markalı avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirib və avtomobil Qurucana çayına düşüb. Hadisə nəticəsində sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Dördpendirli pizza

Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin Şəki bölməsinin xilasediciləri və təcili yardım briqadası cəlb edilib.

Sürücü xilasedicilər tərəfindən avtomobildən çıxarılıb və Şəki rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Faktla bağlı araşdırma aparılır.

/Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!