Şəkidə avtoxuliqanlıq edən şəxs tutuldu - Foto

saytların hazırlanması

Evə çatdırılma

Şəkidə avtoxuliqanlıq edən şəxs tutuldu - Foto

Hadisə

13 May 2021 12:09 735


Şəki Şəhər (Rayon) Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən müvafiq tədbirlərlə yol hərəkəti qaydalarını müxtəlif üsullarla davamlı şəkildə pozaraq piyadalara və digər hərəkət iştirakçılarına ciddi təhlükə yaradan, əhalinin dincliyini nümayişkaranə şəkildə pozan sürücü saxlanılıb.

DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan Yenisabah.az-a verilən məlumata görə, şəhər sakini Süleyman Zəkəriyyəyev idarə etdiyi “VAZ-21014” markalı avtomobillə yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq avtoxuliqanlıq hərəkətləri edib.

İntizamsızlıq edən həmin sürücü Şəki ŞRPŞ-yə gətirilib və barəsində tərtib olunan inzibati protokol baxılması üçün rayon məhkəməsinə göndərilib. Məhkəmənin də qərarı ilə o, nəqliyyat vasitələrini idarə etmə hüququ 1 il müddətində məhdudlaşdırılmaqla 500 manat məbləğində cərimə edilib. Marqarita pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!