Şəkidə evdə dava düşdü, yanğın oldu

saytların hazırlanması

Evə çatdırılma

Şəkidə evdə dava düşdü, yanğın oldu

Hadisə

28 Oktyabr 2023 17:05 1231


Şəkidə fərdi yaşayış evi yanıb.

APA-nın məlumatına görə, bu gün günorta saat 13 radələrində Şəki şəhəri Fuad Abdurahmanov küçəsində Tofiq Süleymanova məxsus ümumi sahəsi 180 kvadratmetr olan 3 otaqlı fərdi yaşayış evində yanğın baş verib.

Yanğının söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən maşını və şəxsi heyəti cəlb edilib. Yanğın nəticəsində evin yanar konstruksiyaları və ev əşyaları yanıb. Dördpendirli pizza

Yanğından əvvəl ailə münaqişəsi zəminində ev sahibinin oğlu 1986-cı il təvəllüdlü Seymur Tofiq oğlu Süleymanov baş nahiyəsindən xəsarət alıb. Hadisə yerinə cəlb edilmiş Təcili Tibbi Yardım briqadasının əməkdaşları S.Süleymanova yerində yardım göstəriblər.

Faktla bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!