Şəkidə həbsxanaya narkotik göndərən şəxs tutuldu   - Foto

saytların hazırlanması

Evə çatdırılma

Şəkidə həbsxanaya narkotik göndərən şəxs tutuldu - Foto

Kriminal

05 Avqust 2021 15:28 1030


Cəzaçəkmə müəssisəsinə heroin göndərən şəxs ifşa edilib. 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Yenisabah.az-a verilən məlumata görə, 15 il müddətinə azadlıqdan məhrum edilmiş Kamran Rüstəmova göndərilən sovqatda heroin aşkar edilməsi barədə Şəki Penitensiar Müəssisəsindən Polis Şöbəsinə məlumat daxil olub. Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitəni göndərən şəxsin ifşa edilməsi və mənbənin müəyyən olunması məqsədilə zəruri əməliyyat-istintaq tədbirləri həyata keçirilib. Keçirilən tədbirlər nəticəsində Mingəçevir şəhər sakini, əvvəllər oğurluğa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə dəfələrlə məhkum olunmuş Rövşən Quliyev şübhəli şəxs qismində saxlanılıb. Araşdırma zamanı saxlanılan şəxsin Kamran Rüstəmovu cəzaçəkmə müəssisəsindən tanıdığı məlum olub.

Faktla bağlı Şəki şəhər Polis Şöbəsində cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə R.Quliyev barəsində həbs-qətimkan tədbiri seçilib. Toyuqlu pizza

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!